facebook66

““İnstagram” və “Facebook”un blokdan çıxarılması haqqında danışmaq hələ tezdir”.

araz.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov xatırladıb ki, şirkət əvvəllər də səhvlərə yol verib: “Ona görə də “Meta” şirkətinin Rusiya bazarında işini bərpa edə bilməsi hələ mümkün deyil”.

Qeyd: Bu gündən Rusiyada “İnstagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Dövlət Xidməti (Roskomnadzor) məlumat yayıb. Bu qərara səbəb kimi “Meta” şirkətinin “Facebook” və “İnstagram”a Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışlarına icazə verməsi göstərilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.