Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Rusiyanın Ukraynaya qarşı təcavazünə münasibət bildirib. Bu barədə, partiyanın rəhbəri Hacı Tahir Abbaslı araz.az-a məlumat verib. Məlumata görə,
AİDP öz münasibətində bildirib:
“Beynəlxalq hüquqa məhəl qoymayaraq, Vladimir Putin, Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatla, İkinci Dünya Müharibəsindən sonra, bəşər sivilizasiyası tarixində görünməmiş cinayətə əl atıb. Rusiyanın Ukraynaya qarşı bu hərəkətlərinin, beynəlxalq hüquq və normalara əsasən, yalnız bir adı var — hərbi təcavüz! Azərbaycan isə, hərbi təcəvüzün nə olduğunu yaxşı bilir. 44 günlük Vətən Müharibəsi ərzində, Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın böyük hissəsini azad edərək, Şuşaya bayrağını sancıb. Mənfur düşmənlə müharibə zamanı qardaş Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olduqlarını bildiriblər. Fevral ayının 27-sində paytaxt Bakıdakı Ukrayna Səfirliyinin qarşısında keçirilən aksiyasında Azərbaycan xalqı Ukraynanı dəstəklədiyini dünyaya nümayiş etdirdi.
Birləşmiş Millətlər Təşkialtı da, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən, Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən Qətnaməsini böyük səs çoxluğu ilə qəbul edib. Martın 2-də BMT Baş Assambleyasının təcili toplantısındakı səsvermədə bu Qətnaməni 193 ölkədən 141-i dəstəkləyib. 35 ölkə bu Qətnaməyə qarşı bitərəf qalıb, 5 ölkə isə, əleyhinə səs verib. Təəssüflər olsin ki, Azərbaycan Respublikası bu səsverməyə ümumiyyətlə qatılmayıb.
Biz, Azərbaycan İslam Demokrat Partiyası (AİDP) olaraq, Azərbaycan hökumətindən Ukraynaya qarşı Putin rejimi tərəfinən başladılmış müharibənin açıq şəkildə qınanılmasını istəyirik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.