2017 10 03 09 48 46fezail deputat teze“Sual edirəm ki, bizim hansımız bu millətə, dövlətə cənab Prezident qədər can yandırırıq? Təbii ki, heç birimiz”.

araz.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında  deyib.

O bildirib ki, Baş nazirin komandası da dövlətə, millətə bəlkə bizdən də sədaqətli bir komandadır: “Ötən il azad edilmiş ərazilərimizdə aparılan işlərə də diqqət yetirməmək ədalətsizlik olar. Yaşayış məntəqələrinin su təminatı, Zəngilanda “ağıllı kənd” və digər layihələrin həyata keçirilməsi Prezidentin və dövlətin gücünü açıq şəkildə göstərir. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər hesabat ilində də davam etdirilib”.

araz.az xəbər portaalı.

araz.az xəbər portalı.