1647347985 1647347749 9e1f92eb 63db 41bf b1ad 6a6fe1780ca0 300x225

araz.az xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisinin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır:

“Hökumət iclaslarının stenoqramı götürsün, təklif olunan məsələlərlə tanış olsun.

Mən Kürün taleyi ilə bağlı hökumət nə iş görür, bununla bağlı sualıma cavab istəyirəm.

Bundan əlavə, təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, indi isə bu sahədə problemlər var. İşsizlik məsələsi həll olunmalıdır”.

Sahibə Qafarova Sabir Rüstəmxanlının müraciəti ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə tapşırıq verdi:

“Sabir müəllim dedi ki, 8 məktubuna Sahib Babayevin rəhbərlik etdiyi nazirlik cavab vermir. Səfa müəllim, mən xahiş edirəm, həmin məktublarda bağlı araşdırma aparılsın. Məktublar, buradan çıxıbmı öyrənilsin”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.