Zelenski Co Baydenə ABŞ Konqresi qarşısında çıxış edərkən “dünyanın lideri” olmağa çağırış edib
Ukrayna prezidenti Vladimir Zelenski videoformatda ABŞ Konqresinə müraciətlə çıxış edib. Amerika qanunvericiləri prezidentin çıxışından öncə onu ayaq üstə alqışlayıb.
Zelenski bəyan edib ki, onun ölkəsinin taleyi Rusiyanın hərbi müdaxiləsi şəraitində elə indi həll edilir. O, deyib ki, Kiyev “hər gün Rusiya qoşunlarının raket və hava zərbələrinə məruz qalır”, bu zaman onun ölkəsi “ikinci dünya müharibəsi illərindən bəri ən dəhşətli müharibəni” yaşamaqdadır.
“Mən sizi Ukrayna xalqı, 8 il ərzində Rusiya təcavüzünə qarşı müqavimət göstərən cəsur və azadlıqsevər xalq adından salamlamaqdan şərəf duyuram, – o deyib. – Mən ən yaxşı oğul və qızlarını Rusiyanın genişmiqyaslı müdaxiləsini dayandırmaq üçün qurban verən xalqın adından salamlayıram”.
“İndi bizim ölkəmizin taleyi həll edilir. Bizim xalqımızın taleyi həll edilir. Ukraynalılar azad ola biləcəkmi, demokratiyanı qoruyub saxlaya biləcəkmi? Rusiya təkcə bizə, bizim torpağımıza, bizim şəhərlərimizə hücum etməyib. O, bizim dəyərlərimizə, əsas insani dəyərlərə qəddarcasına hücum edib, – Zelenski belə deyib. – O, tankları və təyyarələrini bizim azadlığımıza qarşı, öz ölkəmizdə azad yaşamaq hüququmuza qarşı, gələcəyimizi seçim etməyimizə qarşı yönəldib. O, bizim xoşbəxtliyə can atmağımıza, elə siz amerikalılar kimi, milli arzumuza qarşı savaş açıb”.
Zelenski yenidən Ukrayna üzərində uçuşsuz zonanın yaradılmasına çağırış edib, bundan əvvəl amerikalı və avropalı məmurlar Ukraynadakı münaqişənin yeni dünya müharibəsinə gətirib çıxaracağından ehtiyat edərək bundan imtina edib.
Ukrayna lideri həmçinin hələ də Rusiya ilə əlaqə saxlayan biznes nümayəndələrinə qarşı yeni sanksiyalara və təzyiqə çağırış edib, ona görə ki, onun sözlərinə görə, bu pullar Rusiyanın militarist maşınını qodalandırır.
Zelenski Rusiya qoşunlarının döyüş əməliyyatlarını, Ukrayna şəhərlərinin yaşayış məhəllərinə hücumunu və dağıntılara məruz qoyduğunu əks etdirən videogörüntüləri nümayiş etdirib.
Öz çıxışında o, ABŞ- ın tarixinə istinad edib: Perl-Xarbora hücumu və 2001 – ci 11 sentyabrda baş vermiş terror aktlarını xatırladıb. Onun sözlərinə görə, Ukrayna bu gün həmin faciələri yaşayır”.
Zelenski çıxışının sonunda ingilis dilində ABŞ prezidenti Con Baydenə müraciət edib.
“Siz millətin liderisiniz. Mən sizə dünyanın lideri olmağınızı arzu edirəm”, – o, belə deyib və əlavə edib ki, bununla da siz müharibə əleyhinə səylərə başçılıq edəcəksiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.