“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı qabağı əhalini məhkəməyə verib.
araz.az elektron məhkmə sisteminə istinadən xəbər verir ki, “Azəriqaz” martın 15-də – Torpaq çərşənbəsi günü, martın 16-da və 17-də vətəndaşlara qarşı 59 məhkəmə iddiası qaldırıb.
“Azəriqaz” vətəndaşlara qarşı qaldırdığı iddia üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 33 iş, Abşeron Rayon Məhkəməsində 15 iş, Xaçmaz Rayon Məhkəməsində 3 iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində 2 iş, Sumqayıt Apellyasiya Məhkəməsində 2 iş, Bakı Apellyasiya Məhkəməsində 1 iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində 1 iş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 1 iş, Yasamal Rayon Məhkəməsi 1 iş icraata götürülüb.
İşlərin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.