Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev “TV Musavat”ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.
Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini
Ramiz Mehdiyev “TV Musavat”a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.
Aparıcının “Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?” sualına isə Ramiz Mehdiyev belə cavab verib:
“Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm”.
R.Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/yglAs5thhkc'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.