abs55“Rusiya ilə ABŞ arasında münasibətlər gərgindir”.

araz.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov bildirib ki, ABŞ Rusiya ilə münasibətlərin gərginləşməsini dayandırmalıdır: “Vaşinqton Rusiya ilə münasibətlərin gərginləşməsindən əl çəkməli və Ukraynaya silah verməyi dayandırmalıdır. Rusiyaya qarşı təhdidləri dayandırın”.

“Rusiya-Amerika münasibətlərinin gələcək inkişaf perspektivləri Vaşinqtonun hansı xətti seçməsindən asılıdır. Dünən Amerika səfirinə etiraz notası təqdim edilib və baş verənlərin münasibətləri pozduğu qeyd olunub” – nazir müavini əlavə edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.