NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə iclasında alyansın müdafiəsinin gücləndirilməsi və Ukraynaya əlavə dəstəyin verilməsi ilə bağlı qərar qəbul olunub.
araz.az-ın xəbərinə görə, yayılan bəyanatda bildirilib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq, NATO-nun müdafiə planları işə salınır.
“NATO-nun birbaşa rəhbərliyi altında hava və dəniz qüvvələri ilə birlikdə şərq cəbhəmizə 40 000 hərbçi yerləşdirdik.” – deyə qeyd olunub.
Alyans həmçinin Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada əlavə dörd çoxmillətli döyüş qrupları yaratdığını açıqlayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.