29 gündür qanlı döyüşlərin getdiyi Ukraynada mülki sakinlərə işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
araz.az xarici KİV-ə istinadən xəbər verir ki, kimliyi bəlli olmayan şəxslər aralarında qadın və uşaqlar da daxil olmaqla bir neçə nəfəri saxlayaraq, onları yapışqanlı lentlə dirəklərə bağlayıb, daha sonra işgəncələr verib.
Digər bir fotoda iki nəfərin yarıçılpaq vəziyyətdə, qan içində olduğu görünür.
İnternetdə yayılmış görüntülərin Ukraynanın hansı bölgəsində lentə alındığı məlum deyil. İddia olunur ki, həmin şəxslər ölkədəki müharibə vəziyyətindən sui-istifadəyə yol verdikləri üçün cəzalandırılıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.