Melitopolda Rusiya hərbçiləri iğtişaş törədib. 70 hərbçi rəhbərliyin əmrlərinə tabe olmaqdan imtina etdi.
araz.az xəbər verir ki, Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının mətbuat xidməti “Facebook”da məlumat yayıb.
“Martın 24-də Rusiya ordusunun Melitopolda yerləşən bölmələrində 70 hərbçisinin iğtişaş törətməsi və onların rəhbərliyinin əmrlərini yerinə yetirməkdən və Zaporojyenin müdafiəçilərinə qarşı döyüş əməliyyatlarında iştirak etməkdən imtinası barədə məlumat daxil olub. Rusiya hərbçilərinə məsləhət görürük: əsir düşün, sağ qalmaq şansı əldə edin”, – məlumatda bildirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.