Rusiya Müdafiə Nazirliyi son günlər Azərbaycan Qarabağ bölgəsində – qanunsuz erməni silahlı dəstələrinin mövcud olduğu ərazidəki gərginliklə bağlı məlumat açıqlayıb.
araz.az xəbər verir ki, Rusiya MN-nin bəyanatında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin, iki ölkə arasında bu yaxınlarda imzalanmış strateji müttəfiqlik haqında bəyannaməyə zidd olaraq “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ silahlı birləşmələri” kimi ifadələr işlədilib.
Bəyanatın mətni aşağıdakı kimidir:
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni (26 mart 2022-ci il tarixinə)
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurdu. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı FURUX yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib.
Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.