“Rusiya müdafiə nazirliyi rəsmi açıqlama yayıb, sənəddə açıq şəkildə “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri yer alıb. Moskva israrla bizi daha sərt addımlar atmağa təhrik edir, bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir”.
araz.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, burada dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaqdır: “Dünyada indi yeganə “pozitiv” aktivi olan ölkəmizdəki “sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaqdır. Qərb dövlətlərinin bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etməkdir. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaqdır. 5) Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etməkdir. Bütün bunları anlayaraq çox ehtiyatlı, diqqətli, səbrli davranmalıyıq, indiki zamanda Moskvanın təxribatlarına getmək olmaz, bu gün ölkədə kimlərsə, “məqamdır, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək” kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da siyasi və geosiyasi olaraq savadsızdılar. Bu gün Kremlin açıqlaması bizim daha sərtləşməyə təhrik etmək üçündür, bunu yazaq bir kənara, unutmayaq, əsas düşmənimizin kimlər olduğunu bir daha əmin olaq, amma onların bu çirkin oynunu da pozaq. Rusiya zəifləyəcək, amma indi zəhərini tökməyə, dünyanın diqqətini başqa səmtə yönəltməyə fürsət axtarır, səbrli olaq, imkan verək zəifləsin, zatən tarixi, iqtisadi, demokrafiq və zaman üstünlüyü bizdədir. Yaxşı işlər yavaş görülür, bunu unutmayaq, amma bu o demək deyil ki, 2020-ci ilin 1 noyabrında yazdığım (44 günlük savaşın bitməsinə hələ 9 gün qalmışdı) bizim “Çanaqqalamıza” da hazırlaşmayaq – buna da hazır olmalıyıq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.