GURCU90Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.

araz.az  Report-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.

“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı – Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, – deyə Zurabişvili bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.