“Gələcəkdə ölkədə hər kəs bir az da yoxsullaşacaq”.
araz.az xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mark Rutte deyib.
Baş nazir mart ayında inflyasiya rəqəminin 11,9 faizə yüksəlməsinin narahatlıq doğurduğunu deyib: “Çox yüksək inflyasiya ilə qarşı-qarşıyayıq. Təbii ki, bu, bir çox insana təsir edir. Gələcəkdə hamımız daha da yoxsullaşacağıq. Bu, həqiqətən də olacaq. Biz bu barədə aydın olmalıyıq”.
Rutte Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə təsirini bu il hər kəsin ciddi şəkildə hiss edəcəyini vurğulayıb: “İnflyasiya o qədər dəhşətli dərəcədə yüksəkdir və enerji qiymətləri o qədər sürətlə yüksəlir ki, Hollandiyaya ən səmimi mesajım hökumətin bunların hamısını həll edə bilməyəcəyidir. Biz bunun təsirlərini həqiqətən birlikdə hiss edəcəyik. Hamımız pul kisəmizdən ağıllı şəkildə istifadə etməliyik”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.