713cd4cb e8f8 31be bb63 da727d94204a 850Jurnalist, Masallı rayonunda dərc olunan “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb.

araz.az bildirir ki, bu barədə  onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İddialara görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.

55fd1f67 d39b 3b0a bae2 257a6d7da94d

araz.az xəbər portalı.

araz.az xəbər portalı.