экрана 2022 04 16 081738

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.

araz.az  bildirir ki,  bu barədə “The Washington Post” məlumat yayıb.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.

Qəzetin yazdığı kimi, hətta soyuq müharibə dövründə də Moskvanın 1970-1980-ci illərdə terrorçu hesab edilən qrupları dəstəkləməsinə baxmayaraq, Vaşinqton Sovet İttifaqını bu cür tanımaqdan çəkinirdi.

Qeyd edək ki, Dövlət Departamentinin tərtib etdiyi terrorçuluğu maliyyələşdirən ölkələr siyahısına beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.