“Ermənistanda Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq istəyən hakimiyyəti devirmək istəyirlər. Azərbaycanın mərkəzində biabırçılıq, kobud qanun pozuntusu ilə demirəm, ölkədə stabilliyi pozmağa qadir təhlükəli tədbir təşkil edilir. Qiymətlər günbəgün demirəm, saatbasaat qalxır. Hər gün vətəndaşları qıcıqlandıracaq addımlar atılır, ehtiyacı olmayan qadağalar hələ də gücündədirlər. Bu barədə rəsmilərdən xəbər yoxdur. Hadisələri diqqətlə izləyənlər hesab edə bilərlər ki, hakimiyyət yoxdur. Çox səhv fikirdir. Azərbaycanda hakimiyyət var, ancaq bu işlərlə məşğul olmalı şəxslər başqa işlərlə məşğuldurlar. Bir hissəsinin başı bu basabasda var-dövlət toplamağa qarışıb. Digərləri, dövlətçilik üçün təhlükəli olan, hamının “5-ci kolon” dediyi, ölkənin qarışmasında maraqlı olan qüvvələr isə vətəndaşları narazı salmaqla, dövlətini, vətənini sevən insanları təqib etməklə, onları dinləməklə, söydürməklə məşğuldurlar. Vətən Müharibəsində can qoyanlar, o günlərdə var gücü ilə dövlət, vətən üçün çalışanların bugünkü vəziyyətlərinə fikir verin. Hamısı problemlər içində boğulur. Bir hissəsi qanuni haqlarını ala bilmirlər, digəriləri isə gözümçıxdıya salınıb”.
araz.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.
“Bu günlərdə məni məhkəmə qaydasında Rövnəq Abdullayevdən üzr istəməyə məcbur etmək istəyənlər məhz həmin qüvvələrdir. Özü də bu qüvvələr hüquq mühafizə, məhkəmə orqanlarında, mətbuatda daha fəaldırlar. Məhz bu sahələri uzun illər Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü formalaşdırırdı. Bu cütlüyün adını çəkəndə çoxları “əşşi, onlar çoxdan gedib” deyirlər. Mən isə bir daha təkrar edirəm ki, onlar getsələr də, kadrları yerindədirlər və bu gün də ağalarının dediklərini yerinə yetirirlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.