guninfo az tank 1Rusiya Moldovada da hərbi əməliyyatlara başlayır. Bu barədə son qərar alan Kremil artıq hazırlıqlara başlayıb.

araz.az  xəbər verir ki, bu barədə “The Times” nəşri Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Kreml artıq hücum üçün aydın planlar hazırlayıb.

Nəşrin məlumatına görə, bu baş verərəcəyi halda Kreml Donbassla bağlı ssenarini təkrarlayacaq.

“Biz Kremlin artıq Moldovaya hücum  qərarını bilirik.. Moldovanın taleyi çox vacibdir. Əgər ruslar nəzarəti ələ almağa başlasa, biz hərbi baxımdan asan hədəfə çevriləcəyik və Ukrayna üçün təhlükə mövcud olacaq. Əgər Rusiya Dnestryanı bölgəsinin müstəqilliyini tanıyarsa, bu, Moldovanın ərazi bütövlüyünün pozulması olacaq. Bu, “Donbas ssenarisi”nin təkrarı olacaq”, – deyə mənbə bildirir.

Kəşfiyyat məlumatlarına əsasən bildirilir ki, artıq Kreml hərbi əməliyyatları yaxın günlərdə həttda yaxın saatlarda həyata keçirə bilər.

Nəşr onu da bildirir ki, Rusiya Federasiyası Moldovanı ələ keçirsə, o zaman onlar Odessaya doğru gedərək qərb tərəfdən Ukraynanın bu ərazisini də işğal edəcəklər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.