“Vladimir Putinin hakimiyyətdən belə asan getməsinə inanmıram. Hələ də rusların 80 faizi Putini dəstəkləyir”.
araz.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov “Xural TV”yə müsahibəsində bildirib.
M.Mənsimov Rusiya-Ukrayna müharibəsindən təəssüfləndiyini qeyd edib: “Kaş bu savaş olmayaydı. Müharibədən ən çox ziyan görən qocalar, qadınlar və uşaqlardır. Rusiya-Ukrayna müharibəsini Türkiyə-Azərbaycan savaşına bənzədirəm, Allah qorusun. Bütün hallarda bu müharibədə Rusiya itirəcək. Qazanan tərəf Ukrayna olacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.