Ukraynanın məşhur jurnalisti Aleksandr Maxov Rusiya işğalçılarının atəşi nəticəsində həlak olub.
araz.az xəbər verir ki, bu barədə A.Maxovun işlədiyi “Ukraina24” telekanalının “Facebook” səhifəsində məlumat paylaşılıb.
Prezident Vladimir Zelenski əmin edib ki, Rusiya jurnalist və hərbçi Aleksandr Maxovun ölümünə görə cavab verəcək.
“Doğmalarına və dostlarına səmimi-qəlbdən başsağlığı verirəm. Onun oğlu Vladislav bilsin ki, bu ölümə görə Rusiya cavab verəcək. Biz Ukrayna üçün mütləq qələbə çalacağıq. Əminəm ki, bu, Aleksandrın da arzusu idi və biz bunu həyata keçirəcəyik” -deyə dövlət başçısı bildirib.
Zelenski 95-ci desant-hücum briqadasında xidmət edən Maxovun Xarkov vilayətində İzyum yaxınlığındakı döyüşlərdə həlak olduğunu bildirib. Jurnalistin 36 yaşı var idi…
“2017-ci ildə o, Antarktidadakı stansiyamızı ziyarət edən ilk ukraynalı jurnalist oldu. “Covid” gələndə qorxmadı; iki həftə Sanjarı qəsəbəsində(Xarkov vilayəti-S.L.) yaşadı – oraya Çindən ukraynalılar gətirilirdi…
Genişmiqyaslı müharibənin ilk günündən. , o, cəbhədə idi – könüllü, Donbasdakı anti-terror əməliyyatını veteranı, 95-ci hava-desant-hücum briqadasının döyüşçüsü… O, əslən Luqansk vilayətindən idi. O, bu müharibənin nə demək olduğunu xüsusi olaraq hiss etdi”, – deyə Prezident vurğulayıb.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/L7b25oiGFjY’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.
araz.az xəbər portalı.