ambik sasusyanErmənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb.

araz.az  xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana köçüb.

***

Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.

Bu barədə “Ermənistan” blokunun Feysbuk səhifəsində paylaşım edilib.

A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə saxlanılaraq bölməyə aparılıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.