Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı davam edir.
Mətbuat Şurasından araz.az–a daxil olan məlumata görə, Keniyanın paytaxtı Nayrobidə düzənlənən bu tədbirin ikinci günündə iştirakçılar quruma üzv ölkələrdə, eləcə də dünyanın bir sıra bölgələrində jurnalistlərə təhdidlər barədə müzakirə aparıblar.
MŞ sədri, assosiasiya prezidentinin birinci müavini Əflatun Amaşov bununla bağlı çıxışında, Rusiya — Ukrayna müharibəsinin işıqlandırılmasından söz açıb. O, bildirib ki, müharibəni işıqlandırarkən zərər görmüş media təmsilçilərinin sayı 100-ə yaxınlaşmaqdadır. Onların sırasında hücuma məruz qalanlar da var, yaralananlar da, həyatını itirənlər də. Mövcud statistika da, bu peşənin nə qədər təhlükəli olduğunu bir daha sübuta yetirməkdədir.
Əflatun Amaşov çıxışında, eyni zamanda, müharibənin işıqlandırılması xüsusiyyətlərinə də toxunub. O, deyib ki, burada da peşə tələbləri bir çox hallarda siyasi maraq və mənafelərin qurbanına çevrilməkdədir və belə bir tendensiyadan sığortalanmağın mümkünsüzlüyü təəssüf doğurmaqdadır. Şura sədrinin bildirdiyinə görə, hazırkı situasiyada jurnalistika dəyərlərinin möhkəmləndirilməsinə, həmin dəyərlərdən irəli gələn fəaliyyət dairəsinin tam müstəqil, sırf beynəlxalq hüququn normalarına, söz azadlığı prinsiplərinə əsaslanmasını təbliğ etməyə, mövcud istiqamətdə maarifləndirici tədbirlərin sayının, habelə keyfiyyətinin artırılmasına ehtiyac var.[bt_slider uid=”1651764363-6273ec8b78ea3″ target=”_blank” width=”300″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-05 at 18.42.48.jpeg” title=”WhatsApp Image 2022-05-05 at 18.42.48.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-05 at 18.45.25.jpeg” title=”WhatsApp Image 2022-05-05 at 18.45.25.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-05 at 18.45.25 (1).jpeg” title=”WhatsApp Image 2022-05-05 at 18.45.25 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-05 at 18.47.57.jpeg” title=”WhatsApp Image 2022-05-05 at 18.47.57.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-04 at 18.23.21 (2).jpeg” title=”WhatsApp Image 2022-05-04 at 18.23.21 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-04 at 18.23.41 (3).jpeg” title=”WhatsApp Image 2022-05-04 at 18.23.41 (3).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-04 at 18.23.40 (1).jpeg” title=”WhatsApp Image 2022-05-04 at 18.23.40 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2022-05-04 at 18.23.41 (2).jpeg” title=”WhatsApp Image 2022-05-04 at 18.23.41 (2).jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının da, gələcək iş prioritetlərində bunları nəzərə alması son dərəcə vacibdir.
Qeyd edək ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə mayın 3-də başlayıb.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.