bandicam 2022 05 06 11 43 06 097

Rusiya Moldovanı işğal etmək üçün plan hazırlayıb.

araz.az  xəbər verir ki, bu barədə əks-kəşfiyyat mənbələrinə istinadən “Kanal 24” məlumat yayıb.

İşğalın tarixi mayın 9-u və ya yaxın günlərdən biri ola bilər və buna səbəb Rusiya tərəfindən Dnestryanı bölgənin müstəqilliyinin tanınmasıdır.

Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində “ikinci cəbhə”yə gətirib çıxaracaq.

“İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir, çünki o, Ukrayna Silahlı Qüvvələrinin insan ehtiyatlarını və texnikasını bir yerə cəmləşdirəcək. Üstəlik, əks-kəşfiyyat rəsmiləri Rusiya qoşunlarının bu regionda olmasının Balkanlarda siyasi vəziyyəti pozacağını bildiriblər”, – məlumatda deyilir.

Bildirilir ki, Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır. Eyni zamanda Krımdan təyyarələr və helikopterlər uçacaq.

Həmçinin Rusiya Odessa vilayətinin Belqorod-Dnestrovski və Saratski rayonlarına qoşun yerləşdirməyə, sonra isə Dnestryanı əraziyə girməyə cəhd edə bilər

araz.az xəbər portalı.

araz.az xəbər portalı.