1652429924 sahil babayev 1Sahil Babayev

15 deputat spikerin və ya Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri ilə görüşəcək.

araz.az  Reyting.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər:

“Təklifim budur ki, İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüşək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.