elena 0Ukraynanın birinci xanımı Yelena Zelenskaya əri, prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək, Ukraynada müharibə başlayandan bəri ərini demək olar ki, görmədiyini deyib.

Onun sözlərinə görə, fevralın 24-də o, pəncərədən gələn qəribə səslərdən oyanıb. Gözlərini açanda ərini görməyib. Birinci xanım onu ​​qonşu otaqda tapıb və ondan dəhşətli sözlər eşidib: “Başladı”.

Zelenskaya etiraf edir ki, o andan ərindən hər bir ukraynalı üçün çox vacib olan yalnız iki “Savaş bitdi” kəlməsini eşitməyi xəyal edir.

“Mən onun bunu mənə deyəcəyi günü gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacam, amma ən azından televiziyada eşitmək istəyirəm”, – Yelena Zelenskaya ICTV-yə müsahibəsində deyib.

Xatırladaq ki, bir müddət əvvəl Yelena Zelenskaya Rusiya Federasiyasının işğalından sonra ailədəki problemlərdən danışmışdı.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/POHTuSnRNP8’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.