Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Boris Bondarev Rusiyanın Ukraynaya hücumlarından narahatlığını “Ölkəmdən heç vaxt bu qədər utanmamışam” sözləri ilə izah edərək, istefa verdiyini açıqlayıb.
araz.az bildirir ki, Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri 41 yaşlı Boris Bondarev “Ölkəmdən heç vaxt bu qədər utanmamışam” deyərək istefa verdiyini açıqlayıb. Səhər saatlarında istefa məktubunu Rusiya diplomatik nümayəndəliklərinə çatdıran Bondarev məktubunda “20 illik diplomatik karyeramda xarici siyasətimizdə çox fərqli cəhətlər görmüşəm, lakin heç vaxt ölkəmdən bu qədər utanmamışam” yazıb.
Rusiyanın Ukraynadakı mövqeyindən danışan Bondarev, “Hökumətimin indi gördüyü iş dözülməzdir. Mən bir dövlət qulluqçusu olaraq bunun məsuliyyətini öz üzərimə götürməliyəm və bunu etmək istəmirəm”. Hələlik Rusiya səlahiyyətlilərindən cavab almadığını bildirən Bondarev, “Rusiyadan ola biləcək reaksiya məni narahat edir? Mən bundan narahat olmalıyam” deyib.
Rusiya Xarici İşlər Nazirliyini hədəf alan açıqlamalar verən Bondarev, “Bu gün Xarici İşlər Nazirliyinin diplomatiya ilə heç bir əlaqəsi yoxdur. “Hər şey müharibə qızışdırıcılığı, yalan və nifrətlə bağlıdır.” Bondarev həmçinin istefasından sonra Cenevrəni tərk etmək fikrində olmadığını bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.