2017 06 22 11 07 58igor dodon 170517Moldova Baş Prokurorluğu eks-prezident İqor Dodonun saxlanılması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

araz.az  xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Mariana Kerpek açıqlama verib: “Dodonun saxlanılması barədə xəbəri təsdiq edə bilmərəm. Yaxın vaxtlarda rəsmi məlumatla çıxış edəcəyik”.

Qeyd edək ki, bundan əvvəl “İnterfaks“ agentliyi Mariana Kerpekə istinadən İqor Dodonun 72 saat müddətinə saxlanıldığı barədə məlumat yaymışdı.

***

Moldovanın sabiq Prezidenti İqor Dodon 72 saatlığına saxlanılıb.

araz.az  xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

***

Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.

araz.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek deyib.

O bildirib ki, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.

Xatırladaq ki, keçmiş prezident biznesmen Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.