armenia azerb 45522500 98936100

Prezident İlham Əliyevin Brüssel səfəri, bu ölkədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Moldovanın kütləvi informasiya vasitələrində rumın və rus dillərində geniş yayımlanıb. Bu barədə, Moldovadakı Azərbaycan Səfirliyindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu “Publika” və “Primeleştiri” xəbər portallarında yayımlanan məqalələrdə xüsusi olaraq o qeyd olunur ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsinə doğru irəliləmələri üçün artıq razılığa gəlinib. экрана 2022 05 24 173959

Bu iki ölkənin sülh müqaviləsi üzrə danışıqları irəli aparmaq istəkləri, bu barədə Brüsseldə iki dövlətin liderləri ilə keçirilmiş görüşdən sonra, Aİ Şurasının prezidenti Şarl Mişelin ətraflı məlumat verdiyi, bu məlumatında Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında məhsuldar müzakirə aparıldığı, yaxın günlərdə sərhəd komissiyalarının iclasının keçiriləcəyi və sərhəd məsələlərinin müzakirə olunacağı da, həmin məqalələrdə geniş işıqlandırılıb. Eyni zamanda, məqalədə o da vurğulanıb ki, Ermənistanda müxalifət tərəfindən baş nazirin istefası tələbi ilə etiraz aksiyaları təşkil edilib və bu, 2021-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra hökumət əleyhinə keçirilən ən böyük nümayişlərdir. экрана 2022 05 24 174229
Moldovanın digər tanınmış “Noi” xəbər portalının məqaləsində isə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel formatı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla üçüncü raund danışıqları zamanı mühüm irəliləyişin olunduğu da xüsusi vurğulanıb. Məqalədə o da qeyd olunub ki, Brüssel görüşündən sonra altı mühüm nəticə əldə olunub. Bundan başqa, bu məqalədə görüşün əsas nailiyyətlərinin sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın ilk birgə iclasının keçirilməsinə dair razılığın əldə olunması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının zəruriliyinin razılaşdırılması, beynəlxalq daşımalar, sərhəd idarə edilməsi prinsipləri, gömrük rüsumları və s. məsələlərin razılaşdırılması, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünün planlaşdırılması, Aİ-nin İqtisadi məşvərət qrupu vasitəsilə prosesə qoşulmağı öhdəsinə götürməsi və hər iki ölkə liderləri arasında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və Qarabağ müharibələri zamanı itkin düşənlərin araşdırılması məsələlərində qarşılıqlı anlaşma əldə edilməsi bildirilib. экрана 2022 05 24 174451
Ölkəmizin Moldovadakı səfirliyi, ictimaiyyətin bu yazılarla daha ətraflı tanış olmaları üçün, həmin yazıların aşağıdakı
linklərini də təqdim edib:

https://www.publika.md/armenia-si-azerbaidjan-au-convenit-sa-avanseze-spre-un-tratat-de-pace-privind-nagorno-karabah_3125369.html

https://ru.primelestiri.md/ru/armeniya-i-azerbajdzhan-hotyat-prodolzhit-peregovory-po-mirnomu-dogovoru-o-nagornom-karabahe—123190.html

https://noi.md/ru/raznoe/armeniya-i-azerbajdzhan-vplotnuyu-podoshli-k-okonchatelinomu-miru

araz.az xəbər portalı.

araz.az xəbər portalı.