bgk4oVfqeiKxdlP8U3lkAzərbaycan Türk Ocağı Gəncə üsyanının 102 – ci ildönümü münasibəti ilə müraciət imzalayıb.

 
araz.az  xəbər verir ki, müraciətdə müstəqillik tariximizdə önəmli yeri olan bu hadisənin daim xatırlanmasının vacib olduğu vurğulanır :
 “Aprelin 27 – dən 28 – nə kecən gecə bolşevik Rusiyası Azərbaycan Cümhuriyyətinin sərhədlərini kecərək  çevriliş etdi.Azərbaycanın milli hərbi qüvvələri , ziyalılar, milli  maraqları müdafiə edən qüvvələr İstiqlala qəsdi bağışlaya bilməzdi .Azərbaycan milli ordusunu sıradan cıxarma planlarının qarşısının alınması , bolşevik qüvvələrinin xalqın malını talaması , adət – ənənələrə zidd davranışları ciddi etirazlar doğurdu. Cıxış yolu ayağa qalxıb , xalqın gücünə arxalanaraq ücrəngli bayrağı yenidən ucaltmaq idi.Plan Gəncədə hazırlandı.Beləliklə ,  sovet-bolşevik işğalına qarşı 1920-ci ilin mayın 25-də başlayan ,  bir həftədən cox davam edən Gəncə üsyanı baş verdi.
Bu tarixi hadisədən düz 102 il kecir. экрана 2022 05 26 090757
Gəncəlilər İstiqlal savaşı  tarixində iki dəfə unudulmaz iz buraxıblar. İlk dəfə  1804-cü ilin yanvarın əvvəllərində Gəncəli Cavad xanın Çar Rusiyasıın işğalçı siyasətinə qarşı savaşaraq oğlu ilə birgə qəhrəmancasına şəhid olub. İkinci tarix 1920-ci ildə sovet Rusiyasının Cümhuriyyətimizi devirməsinə qarşı Gəncədə başlayan üsyandır. 
Bolşevikləri təlatümə , qorxuya salan bu üsyana  Azərbaycan Cümhuriyyətinin mübariz , peşəkar , Vətənsevər hərbçilərindən  Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli rəhbərlik ediblər.
Üsyanın davam etdiyi bir həftə ərzində təxminən 20 minə yaxın rus-bolşevik hərbçisi və onlara xaincəsinə kömək edən ermənilər məhv edilib.
Vətəni yenidən İstiqlalına qovuşdurmaq istəyən sayları o qədər də cox olmayan savaşcının  üzərinə göndərilən bir neçə rus-bolşevik diviziyasının hər tərəfdən şəhəri mühasirəyə salması , şiddətli hücumları nəticəsində Gəncə üsyanı mayın 31-də , bəzi mənbələrdə isə iyunun 2 – də xüsusi amansızlıqla yatırılıb. 
 Məğlubiyyətə uğrayan bu üsyan , sovet dönəmlərində təhriflərə uğradılsa da tariximizin şərəf səhifəsinə çevrildi. 
  экрана 2022 05 26 090904
Cümhuriyyət qurucularından biri , ” İttihad ” , ” Azərbaycan ” qəzetlərinin baş redaktoru , Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin üzvü  , işğaldan sonra bir daha Azərbaycana geri dönməyən  Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilən “Azərbaycan” jurnalında dərc olunan  xatirəsində Gəncə üsyanının əhəmiyyətini bu formada izah edir :“Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.
Qürurla anllacaq  bu tarixi hadisə  Azərbaycan  tarixində həm də ona görə önəmli yer tutur ki, Gəncənin  ardınca Qarabağda, Lənkəranda, Zaqatalada ,  Quba və digər bölgələrdə  sovet-bolşevik işğalına qarşı zəncirvari şəkildə müqavimət hərəkatları  baş verib. 
Həmin üsyanlarda Cümhuriyyət və İstiqlal  naminə həlak olan bütün şəhidlərimizi sayğı ilə anırıq. “
Azərbaycan Türk Ocağı
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.