xezeruniXəzər Universiteti təhsil müəssisəsinin yeməkxanasının divarında asılan şəkilin müzakirələrə səbəb olmasına münasibət bildirilib.

araz.az  Pravda.az-a istinadən bildirir ki, Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli deyib ki, elan divardan götürülüb:

“Bu qanunsuz atılmış bir addım idi və burada yeməkxana müdri sələhiyyət həddini aşıb. Bu məsələ ilə bağlı o, bu gün rektorluğa çağrılıb və bununla bağlı lazımi tədbir görüləcək. Bizim xəbərimiz olsaydı, heç vaxt imkan verməzdik. Ümumiyyətlə tələbəyə töhmət vermək yeməkxana müdrinin səlahiyyət həddinə aid deyil və bunu yalnız rektorluq edə bilər” – o qeyd edib.

Qeyd: Sözügedən elanda bildirilirdi ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət veriləcək.

 

araz.az xəbər portalı.