1653659886903122157 1000x669

Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi və 28 May – Müstəqillik Günü münasibətilə Kişineuda rəsmi qəbul keçirilib.

Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a daxil olan məlumata görə,  təşkil etdiyi rəsmi qəbulda Moldova Respublikasının parlament sədri İqor Qrosu, nazirlər, deputatlar, xarici ölkələrin səfirləri, ictimai-siyasi xadimlər, diaspor fəalları, yerli KİV nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov bildirib ki, 1918-ci il mayın 28-də bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər, o cümlədən dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahəsində atdığı addımlar 70 ildən sonra milli dövlətçilik ənənələrimizin bərpası işində mühüm və böyük rol oynayıb. Təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etdi. Məhz 1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtması – ölkəmizi böyük fəlakətdən xilas etdi. Ulu Öndərin misilsiz xidmətləri nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparılması nəticəsində, ölkəmiz inamla irəliyə getməyə başladı.

Səfir qeyd edib ki, Ümummilli Liderin siyasətini bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hər bir azərbaycanlı üçün qürur mənbəyi olan 44 günlük Vətən müharibəsində Şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. İşğal altında olan torpaqlarımız azad olunub, bu möhtəşəm Qələbə ilə haqq bərqərar olub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Qüdsi Osmanov daha sonra vurğulayıb ki, bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir. Azərbaycan ilə Moldovanı uzun illər əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri bağlayır.

Moldova parlamentinin spikeri İqor Qrosu çıxışında qeyd edib ki, iki ölkə arasında çox gözəl münasibət var. Lakin gələcəkdə bütün sahələr üzrə əməkdaşlığın inkişafı üçün potensialdan tam istifadə edilməlidir. O istər pandemiya, istərsə də regionda gedən müharibə zamanı Moldovaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Öz növbəsində İ.Qrosu Azərbaycanın yeni regional sistemdə rolunu xüsusi qeyd edib və Bakı ilə əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

[bt_slider uid=”1653673860-62910f849e8a9″ target=”_blank” width=”300″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/1653659886894824525_1000x669.jpg” title=”1653659886894824525_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16536598863699245167_1000x669.jpg” title=”16536598863699245167_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1653659886132037468_1000x669.jpg” title=”1653659886132037468_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/165365988663162770_1000x669.jpg” title=”165365988663162770_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16536598865453659597_1000x669.jpg” title=”16536598865453659597_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1653659886162195026_1000x669.jpg” title=”1653659886162195026_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1653659886556442344_1000x669.jpg” title=”1653659886556442344_1000x669.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

Çıxışlardan sonra Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan poçt markasının təntənəli təqdimatı olub.

Tədbir klassik və milli musiqilərmizin ifası ilə davam edib. Qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrindən dadıblar.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/fk4HG-UEqWs’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.