1653717487 629186f8e4300629186f8e43011653704440629186f8e42fe629186f8e42ffABŞ dövlət katibi Entoni Blinken, Cənubi Koreyanın xarici işlər naziri Pak Çin və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi birgə bəyanatda Şimali Koreyanın son raket buraxılışlarını pisləyib.

araz.az  APA-ya istinadən xəbər verir ki, bu baədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Üç ölkənin baş diplomatları Pxenyanla ilkin şərt olmadan təmaslara hazır olduqlarını vurğulayıblar.

“Tərəflər Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam yerinə yetirilməsi üçün üçtərəfli əməkdaşlığı gücləndirməyi öhdəsinə götürüb”.- deyə bəyanatda bildirilir.

Xatırladaq kİ, Seulun məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb. Cənubi Koreya ordusunun məlumatına görə, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.