Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.
araz.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində Müstəqillik Günü münasibəti ilə keçirilən mərasimə qatılan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib.
Rusiya diplomat Üçtərəfli İşçi qrupun iclasının yaxın vaxtlarda keçiriləcəyini açıqlayıb:
“O ki qaldı, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın iclasına, bu, bir qədər sonra birgə müəyyən etməli olacağımız məsələdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.