Saç və baş dərisinin sağlamlığı demək olar hər birimizi maraqlandırır.
araz.az fitoterapevt həkim Füzuli Hüseynovun bu mövzuda yazısını təqdim edir:
50 qram arı ölüsünü tam olaraq qəhvəüyüdəndə üyüdüb 500 qram bal ilə qarışdırın 15 gün qranlıq yerdə saxlayın gündə 1 dəfə qarışdırın, qarışım istifadəyə hazırdır.
Deməli arı ölüsündə həm xitin, həm də arı zəhəri olduğundan saç diblərinə qıcıqlandırıcı və qidalandırıcı təsir göstərir. Qarışım o qədər güclü təsirə malikdir ki, demək olar ki saç və baş dərisi ilə bağlı bütün problemləri aradan qaldırmaq gücünə malikdir.
Qarışım saç tökülməsinin bütün formalarında həm hissəvi, həm də diffuz tökülmə formalarında faydalıdır. Saçları olduqca yaxşı bir formada canlandırır. Yeni tökülmüş bütün saçları bərpa edir. Saçlarda göbələk və seboreyalar üçün çox faydalıdır.
İstifadəsi: Qarışım gündə 1 dəfə saç diblərinə vurulur. 30 dəqiqə sonra adi ilıq su ilə yuyulur.
Qarışımı vuran zaman qaşınma və qızartı olarsa deməli qarışıma qarşı allergiyanız var onda istifadəni saxlamaq lazımdır
Qarışım boyun, diz və başqa oynaq ağrılarında da faydalıdır.
Qeyd: Bal arısı ölüsünü toplamaq üçün arıları tutub öldürmək lazım deyil. Arıçıların hamısında demək olar ki, arı ölüsü olur. Arı məhsulları satılan yerlərdən əldə edə bilərsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.