Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.
araz.az xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə müşahidə edilib.
Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib – 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).
Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.