“Sədərək” Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim mərkəzdə dini təriqət nümayəndələrinin çoxluq təşkil etməsi iddiasına münasibət bildirib.
araz.az-ın xəbərinə görə bu barədə K.Qədim Pravda.az-a açıqlamasında deyib ki, müxtəlif fikirlər səsləndirilə bilər.
Onun sözlərinə görə, müsəlman aləmini belə iddialarla parçalayıblar: “Burada hansı təriqət var ki, kimsə də onu himayə etsin? Kim deyir? Sədərək Ticarət Mərkəzində hansısa dini təriqətin nümayəndələri deyil, sahibkarlar fəaliyyət göstərirlər. Hamısı işini qurub, sahibkarlıqla məşğul olurlar, imkanları olanda məsciddə ibadətlərini edirlər. Kimin nə marağı var ki, onları müdafiə etsin? Rəhbərliyin də buna ehtiyacı yoxdur. Belə şeyi heç düşünmürük, ağlımıza da gəlməyib. Ağıllarına nə gəlirsə, sosial şəbəkələrdə yazırlar. Hər şeyə bu dərəcədə reaksiya vermək düzgün deyil. Bura ticarət mərkəzidir. Sahibkarlar da burada böyük məscid tikdirib, özüm də o məsciddə namaz qılıram. Heç bir başqa dini təriqət də yoxdur. İnsanlar yığılıb camaat namazı qılırlar. Hər gün o məsciddə oluram. Nə bir problem, nə də din adamları arasında ziddiyyət var. Kim nəyə əsaslanıb belə söhbətlər danışır? Tamamilə yanlış fikirlərdir. Hamısını təkzib edirəm”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.