1654687677 1646736225 1638991098 1633605632 1629715904 1628842938 1622814953 1619011362 img 3881“Sabah xəbər gəlsə ki, Vladimir Putin daha yoxdur, bununla qonşu ölkələr üçün heç nə dəyişməyəcək. Rusiyada hakimiyyətdə olanlar, olmayanlar, hətta Putinə müxaliflərin də mütləq əksəriyyətinin çıxışlarına diqqət edin, son nöqtəyə çatanda hamısı imperalist olur. Onların beynində imperiya düşüncəsi var. Əlbəttə, böyük ölkə olublar, işğalçı olublar, indi isə böyük olmadıqlarını qəbul edə bilmirlər”.

araz.az   Reyting.az-a istinadən bildirir ki, bunu siyasi analitik Elçin Şıxlı Putindən sonrakı Rusiya haqqında danışarkən deyib.

E. Şıxlı bildirib ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsi olsa da, yenə torpaq haqqında düşünürlər.

Analitik, Rusiyada baş verənlərin tarixinə və ənənəsinə baxmağı da vacib sayır: “Məsələn, İosif Stalin hakimiyyəti bitdi, Xuruşov gəldi. Bu zaman biraz yumşalma baş verdi. Ondan sonra Brejnev hakimiyyəti götürdü, təxminən iki il ərzində yumşalma müşahidə edildi. Brejnev epoxası başa çatdı, sonra bir neçə nəfər SSRİ rəhbəri oldu və nəhayət Qorbaçov iqtidara gəldi. Bu zaman yenidənqurma elan edildi və bu ad altında kifayət qədər yumşalma başlandı. Amma nəticədə 3-5 ildən sonra hər şey qayıtdı öz yerinə. Niyə? Çünki rus siyasətçilərin beynində imperiya təfəkkürü var. Onlar sümürücüdürlər. Özləri heç nə yaratmır, başqa ölkələrin hesabına dolanmaq istəyirlər”.

E. Şıxlı hesab edir ki, Rusiyanın ərazisi əhalisi üçün yetərli deyil: “Baxmayaraq ki, dünyada ən böyük ərazi elə Rusiyanındır. Niyə yetərli deyil? Çünki əhali baxımından özlərini dolandıra bilmirlər. İqtisadiyyatları da intensiv deyil, ekstensivdir. Yalnız xammalın hesabına pul əldə edirlər. Orada heç nə inkişaf etmir. Bu baxımdan birinin hakimiyyətdən gedib, digərinin gəlməsi hər şeyi həll etmir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.