“Kartaş LTD” MMC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlı məhkəməyə müraciət edib.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, “Kartaş LTD” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.