WhatsApp Image 2022 06 10 at 10.17.51Bütöv Azərbaycan Ocaqları — BAO İrandakı son etirazlarla bağlı, bütün əsir xalqların azadlığı ümidi ilə, öz Bəyanatını yayıb. BAO-nun Mətbuat Xidmətindən araz.az-a da daxil olan həmin Bəyanatda deyilir:

“Son günlər İran adlanan ölkədə müxtəlif təbəqələrin bahalığa, inflyasiyaya qarşı geniş etirazlarının və tətil aksiyalarının şahidi oluruq. Şovinist fars rejiminin bahalığa və inflasiyaya nəzarət edə bilməməsi, aztəminatlı vətəndaşlara, xüsusən Azərbaycan Türklərinə, o cümlədən digər qeyri-fars millətlərə qarşı ayrı-seçkilik, əmək haqlarının artırılması məsələsində, millət vəkilləri ilə vətəndaşlar arasında 40 faiz fərqin olması, əmək bazarının acınacaqlı durumda olduğu bir vaxtda vergilərin 100 faiz artırılması etirazlara səbəb olan əsas amillərdir.
Bütöv Azərbaycan Ocaqları real durumu incələyib və reallıqları nəzərə alaraq, ümumi və sinfi etiraz aksiyalarında zülmə məruz qalmış xalqın yanında olduğunu bəyan edir”.

BAO öz Bəyanatında həmçinin onu da bildirir ki, Azərbaycanın Güneyindəki Milli Hərəkat Azərbaycan Türklərinin güvənə biləcəyi yeganə hərəkatdır və onu dəstəkləməkdə, onun siyasi gücünə inanmaqda zərrə qədər şübhə edilməməlidir”.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.