İyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağıb. Təbiət hadisəsi əsasən rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.
araz.az bildirir ki, bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.
Elmar Əliyev bildirib ki, sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində isə sel suları bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.
Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.
İnsan itkisi və xəsarət alan yoxdur.
Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/rSDXdEVISRo'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.