İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında Baş Prokurorluğa müraciət ünvanlayıb. Buna səbəb Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılmasıdır.
araz.az-ın məlumatına görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumlar üçün bir mənbədən satınalma metodu tətbiq etməklə həyata keçirilib. Bildirilir ki, Təhsil Nazirliyi Dövlət Xidmətinə müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan 25-dən çox saxta məktub təqdim edib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi üçün Baş Prokurorluğa müraciət ünvanlayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.