«Onun rüsumsuz mağazalar şəbəkəsi hava limanlarında qərarlaşıb…»
«O, sərvətini elmə, səhiyyəyə, təhsilə, qocalar evlərinə, dünyanın müxtəlif guşələrində vətəndaş hüquqlarının qorunmasına yönəldib»
Çarlz Frensis Fini amerikalı biznesmendir. Onun adı çoxlarına tanış deyil, hərçənd, o, milyardlarla dollar məbləğində nəhəng sərvət sahibidir. Fəqət, Fininin əsasını qoyduğu və həmin o sərvətləri topladığı «Duty Free Shoppes» mağazalar şəbəkəsini tanımayan çətin ki, tapılar.
Şəbəkənin əksəriyyət nöqtələri hava limanlarında yerləşir və rüsumsuz ticarət mağazaları kimi tanınır.
araz.az xəbər verir ki, bu barədə «Rambler» saytı məlumat verib.
Belə münasibət onunla izah edilir ki, Fini öz milyardlarının hamısını xeyriyyəçiliyə sərf edir.
O, zəngin insanlar arasında nadir adamdır ki, özünə qətiyyən pul xərcləmir.Çarlz Frensis Fini metrodan istifadə edir, qarşısına çıxan ucuz mağazadan aldığı köynəyi geyinir, 15 dollarlıq saat gəzdirir, restoranlardan yan keçərək adi qəlyanaltılara üstünlük verir.
Bir dəfə Bill Qeyts Çarlz Fini barədə belə deyib:
«Fini sağlığında xeyirxah işlər görməyin ideal nümunəsidir».
Qeyd etməyə dəyər ki, öz uğurlu biznesinə Fini vəsaitlərini düzgün yatırım etməklə başlayıb. Koreya müharibəsində iştirak edəndən sonra ona əsgərlərin təliminə və öz özəl biznesini yaratmağa ayrılan pul kompensasiyası verilib.
Bu pulları o, həqiqətən təlimə və öz biznesinə başlamağa yatırıb. Bu işdə ona Yaponiyada iqtisadi yüksəliş çox kömək edib. Sərhədlər açılandan sonra 1964-cü ildə zəngin yaponlar dünya səyahətinə üz tutdular, hava limanlarında onları Fininin mağazalarında konyak, siqaret və şokolad satan gözəl qızlar gözləyib. Bunlar turistlər tərəfindən böyük tələb olunan mallar olub və bu, gənc sahibkarın biznesinin taleyini həll edib.
Sonradan Fini 7, 5 milyard dollara sahib olanda, onun bu pullarını xeyriyyəçiliyə xərclədiyi bəlli olub. O, çoxdan pullarını xeyirxah işlərə xərcləyəcəyinə qərar verib.Məsələn, 2020-ci ilin sentyabrında onlayn-konfrans zamanı o, öz fondunun bağlanması barədə danışıb, çünki mövcud olduğu uzun müddət ərzində öz aktivlərini xeyriyyə məqsədlərinə xərcləyib.
Fondun əsas təsir dairələri elm, qocalar evləri, səhiyyə, təhsil və dünyanın müxtəlif guşələrində vətəndaş hüquqlarının qorunması olub.
Maraqıdır ki, xeyriyyəçiyə uzun müddət öz xeyriyyəçi fəaliyyətinin tamamilə anonim şəraitdə həyata keçirib.2012-ci ilədək şəxsiyyətinin miqyasına və sərvətinə rəğmən, onun cəmi beş müsahibəsi haqqında məlumat olub. Onun fəaliyyəti barədə məlumat açıqlandıqdan sonra KİV-lər onun adını və fəaliyyətini işıqlandırmağa başlayıb.
Carlz Frensis Fininin ən iri layihələrindən Limerika Universireti və Triniti-kollec olub (bu müəssisələrdə o, sponsor və həmtəsisçidir), buraya yaradıcı, tibbi və idman məktəbləri, həmçinin genetika sahəsində tədqiqat mərkəzləri və neyrobioloji laboratoriyalar daxildir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.