37 2 750x430Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyunda Ukraynaya qarşı müharibədə itkilərinin 40 mini keçə biləcəyini proqnozlaşdırır.

araz.az   «Suspilne»a istinadla xəbər verir ki, bu barədə o, müharibənin 109-cu günündən sonra videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ordusu Donbasda zəif təlim keçmiş çağırışçılar və gizli səfərbərlik yolu ilə toplanan ehtiyat qüvvələrini yerləşdirməyə çalışacaq.

“Rus generalları öz xalqını sadəcə olaraq top yemi kimi görürlər ki, onlara canlı qüvvənin sayında, hərbi texnikanın sayında üstünlük təmin etmək lazımdır.

Və bu yalnız bir şey deməkdir: Rusiyanın itirdiyi əsgərlərinin sayı iyunda 40 mini keçə bilər

Onilliklər ərzində heç bir müharibədə onlar bu qədər itki verməyiblər”, — deyə Zelenski bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.