38621 1068x587

Şərikləri tərəfindən payına “göz dikilən” və biznesi pis günə düşən Qarabağ Müharibəsi qazisi nə edəcəyini bilmir

Bu bir həqiqətdir ki, ayrı-ayrı biznes şərikləri arasında tez-tez baş verən səs-küylü qalmaqallar da, yarandığı gündən problemlər məngənəsindən çıxa bilməyən ölkə biznesinin daha bir bəlasına çevrilib. Bu barədə, araz.az-ın linki bu olan ( http://araz.az/index.php/zhuend-m/20915-mazhna-trans-in-s-rik-s-hmdarlari-arasinda-galmagal-h-d-fd-lil-garabazh-muharib-si-gazisidir-i-tti-ham) ötən yazısı da, biznes mühitindəki bu xoşagəlməzliyin doğurduğu dəhşətləri tam çılpaqlığı ilə açıb göstərir. Bunun nə demək olduğunu bilmək üçün, bu yazını oxumaq kifayətdir.

Bəli, ötən yazımızda xüsusi olaraq vurğuladığımız kimi, bu gedişlə, 2010-cu ildə iqtisadiyyatımızın mühüm sahələrindən biri olan nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan və indiyədək bu işlə məşğul olan “MAGNA TRANS” MMC-nin ətrafında, daha doğrusu, səhmdarları arasında bir müddətdir başlayan və bu özəl qurumu olduqca çətin duruma salan qalmaqal da, ölkə biznesinin tarixinə yazılan səs-küylü qalmaqallardan birinə çevriləcək. Bu qalmaqalın başlamasının əsas günahkarları olan intriqaçı iki qohum səhmdarın qanunlarımızın tələbələri çərçivəsinə sığmayan bəd əməlləri həm də ona bir işarədir ki, doğrudan da, Azərbaycanda ortaq iş qurub, yüksək məbləğdə səhm qoymaq böyük risk tələb edir. Biznes sahəsindəki belə qanunsuzluqlara, özaşınalıqlara və çəkişmələrə görədir ki, yüksək səhm sahiblərinin üzləşdikləri ağrı-acılarla və dəhşətlərlə dolu uzunömürlü belə problemlərin çözülüb yoluna qoyulması da, mümkünsüz görünüb həmişə.

Ötən yazımızda qeyd etdiyimiz kimi, belə bir xoşagəlməz problemlə üzləşən səhmdarlardan birinin Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi qazisi, III qrup müharibə əlili olması, təəssüf doğuran bir fakt olsa da, bu, bu qalmaqalın yaranmasında günahkar olan şəriklərinin heç veclərinə belə deyil. Dəhşət ondadır ki, hələ əvvələr onların çox yaxın olmaları faktı da, günü bu günədək, əsl günahkarlar üçün utanc verəcək bir amilə çevrilməyib. Ümumiyyətlə, aralarındakı əvvəlki xoş və səmimi münasibətlərə görə, bu özəl qurumun yaradılmasının əsas təşəbbüsçüsü və işinin yüksək səviyyədə qurulmasında böyük rolu və əməyi olan Ağasəf İsmayılovun bərabər paylarda şərik olduğu “MAGNA TRANS” MMC-nin digər təmsilçilərinə — Bürhan Həmidovla Namiq Hacıyevə inam və etibarı güclü olub. Məhz buna görə də, hər bir işə rəhbərliyi, faktiki olaraq, Bürhan Həmidovun həyata keçirməsinə əvvəllər heç vaxt etiraz bildirməyib.

Araşdırmalarımız zamanı üzə çıxardığımız həqiqətlərdən də məlum oldu ki, fəaliyyətə başlayandan az sonra bu MMC-nin işinin yüksək səviyyədə getməsi, bu biznes sahəsinin yüksək gəlir gətirməsi pula həris digər iki yaxın qohum — yeznə-qayın həmtəsisçi şərikləri olduqca şirnikləndirib. Məhz bu səbəbdən də, onlar Ağasəf İsmayılovu yaratdığı bu biznes işindən uzaqlaşdırmaq üçün, xüsusi planlar düşünüblər. Beləcə, qazanc hərisliyinin yaratdığı bu təhlükə əvvəllər aralarında mövcud olmuş yaxşı hər şeyin üstündən qara xəttlər çəkib. Yeznə-qayın bu şəriklər, əvvəlcədən düşündükləri iyrənc planlarını işə saldıqdan sonra, MMC-də həmtəsisçi və yarım milyon manata yaxın səhm sahibi olan Ağasəf İsmayılovu bu özəl quruma nəzarətdən kənarlaşdıra biliblər. Bundan sonra isə, istəklərinə nail olmaq üçün, istədikləri kimi də hərəkət edərək, fırıldaq qoxulu “oyunlardan çıxıblar”. Bütün bunların lap pis nəticəsi isə, çox keçməmiş ortada açıq-aydın görünüb. Daha doğrusu, bu və digər müəyyən subyektiv səbəblər ucbatından, təsis edib, yaratdıqları bu MMC-nin fəaliyyətinə nəzarət etmək imkanı olmayan əlil Qarabağ Müharibəsi qazisinə məlum olub ki, Bürhan Həmidov qohumu ilə bərabər, onlara olan etibarından və MMC-nin fəaliyyətinə nəzarət edə bilməmək imkanından sui-istifadə etməklə, bütün təsərrüffat işlərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada və MMC-nin Nizamnaməsinə uyğun aparmırlar. Onun etibar, inam, səmimiyyət və xoş münasibətindən sui-istifadə edən şərikləri, aralarında olan şifahi razılaşmanın şərtlərini belə kobud şəkildə pozaraq, onun “başına olmazın oyunlar açıb, müsibətlər gətirməkdən” çəkinmirlər. Bütün bunları biləndə isə, Ağasəf İsmayılov üçün, onların qanunsuz bəd əməllərinin və özbaşına hərəkətlərinin gətirdiyi dəhşətlərin qarşısını almaq artıq gec olub. Həm də ona görə ki, MMC-nin bütün gəlir gətirən işlərinin başında da Bürhan Həmidova yaxınlar olub.

Yeri gəlmişkən, ötən yazımızda olduğu kimi, bu yazımızda da, bir daha onu qeyd etməyi vacib bildik ki, bu MMC-nin faktiki qanuni təmsilçisi — direktoru kimi işə götürülən Mirzahid Ağayev də, Bürhan Həmidov tərəfindən çoxdan bu vacib vəzifəyə təyin edilənlərdəndir. Lakin bu məsul vəzifə başında onun fəaliyyəti tam formal xarakter daşıyıb həmişə. Faktiki olaraq, indiki kimi, əvvəllər də, bütün işlərdə yenə söz sahibi də, göstəriş verən də məhz Bürhan Həmidov olub. Ağasəf İsmayılov həmtəsisçi, böyük həcmdə səhm və pay sahibi kimi, bu qanunazidd əməlləri araşdırmaq məqsədi ilə, MMC-nin direktorundan bir-neçə dəfə izahat tələb edib. O isə, bu barədə heç bir məlumatı olmadığını deyərək, hər bir məsələnin Bürhan Həmidov tərəfindən həll edildiyini bildirib. Bürhan Həmidov isə, bu ciddi faktlara aydınlıq gətirmək üçün, indiyədək, Ağasəf İsmayılovla heç bir danışığa gəlmək istəməyib. Fakitiki olaraq, o, indiyə kimi edilən bütün görüş təkliflərini qəbul etməyib. Bütün bunlar azmış kimi, şərikinin telefon zənglərinə belə cavab verməyib. Bütün bunlar belə daha bir sübutdur ki, o, doğrudan da, “MAGNA TRANS” MMC-nin fəaliyyətini qanunsuz yolla tam ələ keçirib. Elə, qanunsuz yolla da, MMC-nin adında olan külli miqdarda pul vəsaitini, xeyli müddətdir ki, tam olaraq mənimsəməklə məşğuldur. Üstəlik, Bürhan Həmidovun, onun qohum şərikinin, eləcə də burada yaradıb, başçılıq etdiyi talançı mütəşəkkil təhlükəli dəstənin qanunazidd əməlləri ucbatından, sahibkar Ağasəf İsmayılova, uzun müddətdir ki, ölçüyəgəlməz maddi və mənəvi ziyanlar vurulur. Bununla bərabər, külli miqdarda məbləğ — müvafiq hesabatlardan gizlədilən pul vəsaitləri büdcəyə ödənilmir.
Konkret desək, bu mütəşəkkil dəstənin belə qanunazidd bəd əməllərini bu günün özündə belə davam etdirməsi olduqca təhlükəlidir. Elə, buna görədir ki, indiyədək, külli miqdarda pulunu xərcləyərək, özünə iş quran Qarabağ Müharibəsi qazisi, “başına oyun açan” şərikləri ilə bacarmır. Böyük ziyana düşdüyü üçün, nə edəcəyini də bilmir. Çünki başına gətirilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına etdiyi çoxsaylı şikayətlər də, indiyədək, heç bir nəticə verməyib. Bu barədə, növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bu yazımızda isə, etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən faktlar ətrafında apardığımız dərin mətbu araşdırmaların tükürpədici yekun nəticələrini əsas mövzuya çevirməyi qərara aldıq. Və ilk olaraq, “MAGNA TRANS”ın adıyla bağlı olan bütün xoşagəlməzliklərin yaranmasının əsas səbəbi kimi qələmə verilən və hədsiz təəssüf doğuran ciddi bir fakt ətrafında apardığımız araşdırmamızın yekun nəticəsinin əsas nüanslarını qabartmağı lazım və vacib bildik.

Bəli, araşdırmalarımızın yekun nəticəsi də bunu sübut etdi ki, çox qazanca hədsiz hərislikləri olan MMC-nin iki qohum həmtəsisçisi, eləcə də ətraflarında yaratdıqları talançı mütəşəkkil qrupda birləşənlər “MAGNA TRANS”ın balansındakı qiymətli əmlaklara qarşı da aqressivlik nümayiş etdirirlər. Danılmaz faktdır ki, etibarlı mənbə məlumatlarında adları aqressiv talançılartək xüsusi vurğulananların, hətta “MAGNA TRANS”ın balansındakı, ölkənin nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik və hər gün minlərlə insanın ictimai nəqliyyat vasitəsi kimi istifadə etdiyi avtobusların pis kökə düşməsində də günahları böyükdür. Araşdırmalarımızın yekun nəticəsində də həqiqət və reallıq kimi özünə yer tapan bu fakta görədir ki, işinin yüksək səviyyədə qurulması üçün, yarandığı vaxtdan MMC-nin adına yüksək qiymətə alınan, 113, 208, 209, 213 saylı şəhərdaxili, həmçinin iritutumlu reys avtobuslarıyla Bakı –Lənkəran — Bakı və Bakı — Astara — Bakı bölgələrarası marşrut xətləri üzrə, gündəlik sərnişindaşıma həyata keçirən 79 ədəd müxtəlif markalı avtobusların sayı getdikcə azalır. Pula hərislik günahkarların “gözlərini elə qapadıb” ki, bu avtobusların vaxtaşırı bərpa-təmir işləri belə onların yadlarına düşmür. Əlavə qazanc əldə etmək üçün, onlar, hətta istismara yararlı avtobusları sökdürərək, metallom kimi satdırmaqdan belə çəkinmirlər. Ən dəhşətlisi odur ki, araşdırmalarımız zamanı, Ağasəf İsmayılova kələk gələn şəriklərinin, qorxub-cəkinmədən, “MAGNA TRANS”a aid marşrutlardan birini, dəyəri olduqca yüksək qiymətləndirilən avtobusları və digər qiymətli əmlakları qarışıq satmaları barədə deyilənlərin də, həqiqət olduğu sübut olunub.
Təsis olunduğu gündən bu günə kimi, “MAGNA TRANS”ın balansında olan, hətta texniki cəhətdən istismara tam yararlı olmaqla, paytaxt Bakıda yuxarıda göstərdiyimiz şəhərdaxili marşrut xətlərində işlədilən, lakin müxtəlif vaxtlarda sökülüb-satılmaq yolu ilə talanan xeyli sayda nəqliyyat vasitəsi də ortada yoxdur. Bu işlə məşğul olan biznes qurumlarının işlərinin tənzimlənməsini həyata keçirməyə məsul dövlətin aidiyyatı icra qurumları isə, hədsiz narazılıq yaradan bu ciddi faktları görsələr də, ya rəhbər laqeydliyi ucbatından, ya da məqsədli şəkildə susmağa üstünlük verirlər. Bizim onlarla əlaqə yaratmaq, ictimai narazılıq yaradan bu ciddi məsələ ilə bağlı yaranan suallara cavab tapmaq cəhdlərimiz də, məhz, bu kimi səbəblərdən nəticəsiz qalır. Sosial məsələlər üzrə ekspertlər də hesab edirlər ki, belə qalmaqalların bu dərəcədə şişməsi və qızışması isə, sonda, birbaşa, ictimaiyyatın hədsiz dərəcədə narahat olmasına səbəb olur. Onlar da deyirlər ki, indi, ölkəyə avtobusların gətirilməsi ilə bağlı ciddi tələblər var. Bu tələblərə baxmayaraq, bu MMC-nin məsul şəxsləri isə, balansdakı avtobusları qorxub-cəkinmədən sökərək, satırlar. Halbuki təmirə ciddi ehtiyacı olan avtobusları belə onlar tam təmir etdirməyə borclu və məsuldurlar, nəinki söküb, satdırmalıdırlar. Bir sözlə, cavabdeh həmtəsisçilər, hətta marşrut xətləri üzrə hərəkət edən avtobuslarda tünlük olmasın deyə, bu avtobuslara yüksək səviyyəli xidmət göstərməlidirlər ki, tez-tez təmirə dayanıb, sıradan çıxmasınlar. Çünki bu sahəyə aid mövcud qanunlarımız da, MMC-nin özünün Nizamnaməsində qoyulan şərtlər də, bunu tələb edir. Di gəl ki, günahkar bu tələblərə əməl etmirlər. Onların belə neqativ hərəkətləri, daha çox, çoxsaylı ictimaiyyət nümayəndələri arasında hakimiyyətin nüfuzuna ciddi xələl gətirir.WhatsApp Image 2022 06 30 at 12.00.11

Araşdırmalarımızdan da açıq-aşkar göründüyü kimi, şəriklərini hədsiz narahat edən “MAGNA TRANS”ın iki qohum səhmdarının törətdikləri bəd əməllər, çoxdandır ki, hədsiz ictimai qınağa da tuş gəlib. Elə, bu fakt ətrafında bir neçə gün öncə araz.az xəbər portalının əməkdaşları olaraq, araşdırmaya başlayan zaman da, hər addımda sərinişin narazılıqlarına şahid olduq. Şübhəsiz ki, ictimaiyyətin çoxsaylı nümayəndələrinin, avtobus sərnişinləri arasında hər sahədən və hər təbəqədən olan insanların — fəhlə, ziyalı, tələbə, uşaq, qadın, yaşlı, polis… və jurnalistlərin bu narazılıqlarının əsas səbəbi, 113, 208, 209, 213 saylı marşrut xətləri üzrə istifadə olunaraq, hərəkət edən avtobusların azlığı ilə bağlıydı. Eyni fikirləri bölüşən və bu marşrutlarla bağlı ürəkləri yaman dolu olan
bu sərnişinlərin əksəriyyəti adətən bu marşrutlardan istifadə edirlər. Açıq-aydın görünürdü ki, bu ciddi məsələ ilə bağlı bizimlə təəssüratlarını bölüşən ictimaiyyətin çoxsaylı bu nümayəndələri, bu avtobus marşrutları ilə bağlı, tezliklə yaxşı heç nə olmayacağına görə çox narahatdırlar. Narahat sərnişinlər onu da bildirirlər ki, bu marşrutlarda avtobusların sayı çox az olduğu üçün, təkcə günün pik saatlarında deyil, bütün gün ərzində həmin marşrutların avtobusları dop-dolu olur. Nəfəs almaq belə mümkünsüzdür. Ümumiyyətlə, bu marşrutlar üzrə gedən bütün avtobuslarda səhər saatlarında belə hədsiz sıxlıq olur. Buna baxmayaraq, marşrut avtobuslarının sayı artırılmır. Məhz buna görədir ki, dayanacaqda gözləyən insanlar işə, mənzilbaşına çatmaq üçün məcburən taksilərdən istifadə edirlər.

“Bu istiqamətlərdə gedən bütün avtobuslardakı son vaxtların vəziyyəti olduqca acınacaqlıdır. Həmişə basabasda gedib, gəlirik. Hər gün pik saatlarında avtobusa minmək üçün, hətta son dayanacağa qədər piyada gedirik ki, heç olmasa, ayaq üstə səhər işə, axşam evə çata bilək. Bu avtobuslarda tək ayaq üstə getdiyimiz günlər də az olmayıb. Ən pisi isə, qış aylarında düz qapının ağzında, qapısı açıq vəziyyətdə getməyimiz olub. Heç gecə saat 12-də də, basabassız avtobus tapmağımız mümkün olmur!..” — deyə, hər gün basabasda, ağır vəziyyətdə getməyə məcbur çoxsaylı ictimaiyyət nümayəndələri narahatlıq dolu təəssüratlarını bizimlə bölüşərək, bu işə cavabdehləri məsuliyyətsizliklərinə görə qınayaraq, onların məsuliyyətə cəlb olunmalarını da tələb edirlər.

Göründüyü kimi, “MAGNA TRANS”la bağlı olan bu ciddi məsələlər təkcə MMC-nin həmtəsisçisi, Qarabağ Müharibəsi qazisi Ağasəf İsmayılovu narahat etmir. Bu MMC adı altında, yuxarıda göstərdiyimiz marşrut xətləri üzrə işləyən, gündəlik sərnişin daşıyan avtobuslarda yaranan tünlük günü-gündən artmağa başlayır və ictimai nəqliyyatda yaranan belə xoşagəlməz hal ictimaiyyətin də hədsiz narahatlığına səbəb olur. Bu səbəbdən, xeyli müddətdir ki, bu avtobus marşrutlarının adları da, paytaxt Bakıda ən çox narazılıq yaradan avtobus marşrutların adları ilə qoşa çəkilir. Bir sözlə, MAGNA TRANS”ın iki qohum sahibinin bəd əməlləri təkcə şəriklərinin yox, artıq, çoxsaylı ictimaiyyət nümayəndələrinin də hədsiz narazılıqlarına tuş gəlir. Onlar tərəfindən törədilən bütün qanunsuzluqların ən pis nəticəsi isə ondadır ki, nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan və indiyədək bu işlə məşğul olan “MAGNA TRANS”ın sahibləri tərəfindən, bu sahəyə aid mövcud qanunlarımızın və MMC-nin özünün Nizamnamə tələblərinə uyğun üzərlərinə götürdükləri öhdəliklər belə kobud şəkildə pozulur. Bütün bu qanunsuz bəd əməllərinə və özbaşına hərəkətlərinə görə, onlar birbaşa məsuliyyət daşıyırlar və belə gedişlə, elə, qanunlarımızın tələbələrinə uyğun da məsuliyyətə cəlb olunmalıdırlar.

Bu marşrutlarla işləyən avtobusların sərnişinləri arasında əksəriyyət hədsiz dərəcədə narazıdır və şikayətlərini həmişə yuxarılara çatdırmaq istəyiblər. Lakin bunu edənlərə hədə-qorxu gələnlər də az olmur. Araşdırmalarımız isə, hədə-qorxu gələnlərin Bürhan Həmidovun burada yaratdığı mütəşəkkil dəstənin üzvləri olduğunu da sübut edir. Elə, bu hədə-qorxulara görədir ki, sərnişinlər şikayətlərini yuxarılara çatdırmaqdan çəkinirlər. Ümumiyyətlə, hədə-qorxu gəlməkdə mahir olan qohum şəriklərin, vaxtilə, çəkinmədən belə qanunsuz hərəkətlər etmələrinə həmişə ölkənin sabiq Baş prokuroru Zahid Qaralova yaxın olmaları rəvac verib və onlar bütün bəd əməllərini bu adla “sığortalayıblar”. Bürhan Həmidovun özünün uzun zaman sabiq Baş prokurora aid olduğu deyilən “Akkord” şirkətində rəhbər vəzifədə olması faktı da, bu yöndən onu hərtərəfli qoruyub. Yeri gəlmişkən, onu da qeyd edək ki, Bürhan Həmidov bizneslə məşğul olmağa da, “Akkord” şirkətinin rəhbərliyindən azad edildikdən sonra qərar verib. Ancaq Zakir Qaralovun himayəsində qalıb. Məhz onun keçmiş statusuna və hazırkı əlaqələrinə güvənərək, şəriki Ağasəf İsmayılovu məhkəməyə verəcəyi, hətta aralarında rəsmi şəkildə bağlanan müqaviləni və digər çoxsaylı sənədləri belə ləğv etdirəcəyi, bu vaxta qədər ona ödənilən məbləği belə geri tələb edəcəyi ilə hədə-qorxu gələrək, təhdid edib. Ağasəf İsmayılovun bu qanunsuzluqlarla və hədə-qorxularla, başına gətirilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət xarakterli müraciətləri isə, indiyədək cavabsız qalıb və yaxşı heç bir nəticə verməyib.

Dövlət iqtisadiyyatının mühüm sahələrindən biri olan nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan “MAGNA TRANS” MMC-nin fəaliyyətinin qanuni məcraya qaytarılmasında tədbir görülməsi zəruridir. Ancaq nə şəriklərinin əməlləri ilə bağlı, nə də ətrafında baş verən qalmaqallardan sonra iflasa gedən biznesini qurtarmaq istiqamətində, Ağasəf İsmayılov heç nəyə nail ola bilməyib. Çünki aidiyyatı dövlət qurumları, hüquq-mühafizə orqanları tədbir görmürlər deyə, külli miqdarda pulunu xərcləyərək, özünə iş quran Qarabağ müharibəsi qazisi, “başına oyun açan” şərikləri ilə bacarmır. Böyük ziyana düsən iş adamı nə edəcəyini bilmir. Bir daha qeyd edirik ki, bu və digər ciddi məsələlərlə bağlı daha ətraflı növbəti yazımızda məlumat verəcəyik.

Bu yazımızın sonunda isə, bir daha qeyd edirik ki, etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən və dəqiqliklərinə zərrə qədər şübhəmiz qalmayan faktlara görə apardığımız araşdırmaların nəticələri də, deyilənlərin həqiqət olduğunu bir daha sübut etdi. Məhz buna görə də, bu ciddi məsələ daim diqqətimizdə olacaq.

Yazıda adları keçən hər kəsin mövqeyini dərc etməyə də hazırıq.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.