“Dünya bazarında enerji daşıyıcılarının qiyməti artıb. Amma Azərbaycan daxili bazarında yanacağın qiymətinin artırılmasına zərurət yoxdur”.
araz.az bildirir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, bu, digər məhsulların da qiymətinin süni şəkildə artırılmasına səbəb ola bilər: “Ona görə də inflyasiyanın və süni bahalaşmanın qarşısını almaq məqsədilə, düşünürəm, yanacağın qiyməti artmamalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.