ezizjpg 1656919138“44 günlük Vətən müharibəsi zamanı hamımız Qarabağ dedik və Qarabağa qayıtdıq. Bundan sonrakı hədəfimiz İrəvan və Zəngəzurdur”.

 Bunu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının təqdimatında Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bildirib.

O qeyd edib ki, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistanda xalqımıza aid tarixi abidələr məhv edilib, saxtalaşdırılıb: “Ermənistandan qaçqın düşənlərin əksəriyyəti yaşayırlar. Onlar vasitəsilə biz tarixi və mədəni abidələrimiz haqqında məlumatlar toplaya bilərik. Bu barədə layihələr də icra oluna bilər. Görəcəyimiz işlər azərbaycanlı qaçqınların tarixi torpaqlarına qayıtmasını hədəfləməlidir”.

Ramid İBRAHİMOV.

araz.az xəbər portalı.