1657219059 dtzjmpacinpexizdxmkz5csbseBu gün istefa verəcəyini elan edən Böyük Britaniyanın Baş naziri Boris Conson həyat yoldaşı Kerri ilə evliliyini qeyd etmək üçün böyük toy mərasimi keçirməyi planlaşdırır.

araz.az  xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Toyun bu ayın sonunda rəsmi Dama iqamətgahında keçirilməsi nəzərdə tutulur.

Conson keçən il 34 yaşlı Kerri ilə Londonun mərkəzindəki Vestminster Katedralində gizli mərasimlə evlənib. Mərasimdə cütlüyün ən yaxınları iştirak edib, onların sayı təxminən 30 nəfər olub.

Qeyd edək ki, 57 yaşlı Boris Conson sevgilisi ilə 2019-cu ildə nişanlanıb. Cütlüyün oğlu Vilfred 2020-ci ilin aprelində dünyaya gəlib.

Bu, Consonun üçüncü evliliyidir. Conson ikinci həyat yoldaşından 2018-ci ilin sentyabr ayında boşanıb. Onun bu evlilikdən 4 uşağı var. Bundan əvvəlki evliliyi isə 6 il davam edib.

araz.az xəbər  portalı.

araz.az xəbər portalı.