isaqember56Bakı İnzibati Məhkəməsində Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı iddiası üzrə ilkin hazırlıq iclası təxirə salınıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  hakim Orxan Həsənovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə elan olunub ki, məhkəmə kollegiyası məzuniyyətə çıxıb.

Buna görə məhkəmə iclası avqustun 1-nə təyin edilib.

Qeyd: İsa Qəmbərə 180 manat pensiya təyin olunub. DSMF-nin məsələ ilə bağlı yaydığı açıqlamada isə bildirilmişdi ki, İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub.

Xatırlatma: Milli Məclisin sədri olmuş İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir.

1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavatın başqanı olub, hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.