Hazırda Londonda yaşayan professor Cəmil Həsənli Milli Şuranın sədri vəzifəsindən gedir.
araz.az xəbər verir ki, bu barədə C.Həsənli “BBC Azərbaycanca”ya müsahibəsinə deyib.
“Bununla bağlı təklif vermişəm. Milli Şura gəncləşməli, yenilənməlidir, artıq 8-ci ildir, təşkilatın rəhbəriyəm. İnsanları nəyəsə çağırırsansa, özün prosesin önündə olmalısan. Londonda, Parisdə, Vaşinqtonda oturub riskli bir cəmiyyətdə insanları etiraza çağırmağın əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki… Hər yerdən, o cümlədən də bu dünyadan gərək vaxtında gedəsən. Aktiv siyasətdə və Milli Şuranın rəhbərliyində qalmağı düşünürəm” – C.Həsənli qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.